Dünya · Trend.az

Kiyev “Dinamo”sunun keçmiş futbolçusu müharibədə həlak olub (FOTO)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kiyev “Dinamo”sunun keçmiş futbolçusu müharibədə həlak olub (FOTO) xəbəri üçün şəkil

Bakı.Trend:

Futbol üzrə Ukrayna Milli Komandasının keçmiş üzvü Roman Maksimyuk cəbhə xəttində gedən döyüşlərdə həlak olub.

Bu barədə Ukraynanın UNİAN xəbər agentliyi futbolçunun həyat yoldaşına istinadən bildirib.

Maksimyuk “Volın”, “Dnepr” və Kiyevin “Dinamo” klublarının şərəfini qoruyub.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ukrayna Müdafiə Qüvvələrinə dəstək məqsədilə vəsait toplamaq üçün xeyriyyə futbol turnirlərində iştirak edib. 2022-ci ilin payızında Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub. 2025-ci il martın ortalarında Maksimyukun itkin düşdüyü məlum olub. O, sonuncu dəfə 2025-ci il yanvarın sonunda, Pokrovsk istiqamətindəki mövqeyə göndərilərkən həyat yoldaşı ilə əlaqə saxlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑