Dünya · Trend.az

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq xəbəri üçün şəkil

Bakı.Trend:

Erməni tələbələr Türkiyədə, türkiyəli tələbələr isə Ermənistanda təhsil ala biləcəklər.

Bu barədə Ermənistan parlamenti sədrinin müavini Vaahn Aleksanyan Ermənistanın İctimai Televiziyanın efirində bildirib.

O, həmçinin hava daşımaları sahəsində irəliləyiş əldə olunduğunu qeyd edib. Aleksanyanın sözlərinə görə, Axalkalaki–Qars dəmir yolunun açılması sayəsində Ermənistan və Türkiyə arasında malların idxalı və ixracı artıq vasitəçilər olmadan həyata keçirilir.

Aleksanyan Ermənistan-Türkiyə sərhədinin gözləniləndən daha tez açıla biləcəyini bildirib.

Bundan əvvəl Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Ermənistan və Türkiyə arasında ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün təqaüdlərin təsis edilməsi imkanını müzakirə edildiyini bildirmişdi. Mirzoyanın sözlərinə görə, İrəvan və Ankara arasında artıq konkret razılaşmalar mövcuddur və onların həyata keçirilməsi hər iki ölkədə davam etdirilir. O qeyd edib ki, 2025-ci il ərzində Ermənistan və Türkiyənin rəsmi şəxsləri arasında çoxsaylı görüşlər və təmaslar baş tutub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑