Dünya · Yeni Sabah

İçində zəvvarların olduğu avtobus aşıb: Ölənlər var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İçində zəvvarların olduğu avtobus aşıb: Ölənlər  var xəbəri üçün şəkil

Hindistanda zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində azı 8 nəfər ölüb.

“Yeni Sabah” xəbər verir ki, hadisə Hindistanın Kota bölgəsində, Dehli-Mumbay magistral yolunda baş verib. Bhopal şəhərindən Racastan ştatındakı Kxatu-Şyam məbədinə gedən avtobus idarəetmədən çıxaraq yol kənarındakı xəndəyə aşıb.

Qəza zamanı avtobusda 25 nəfərin olduğu bildirilir. Ölənlərlə yanaşı, çox sayda insanın yaralandığı qeyd olunur. Sərnişinlər arasında yaşlıların və uşaqların da olduğu məlumdur. Dominos pizza

Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir. Qəzanın başvermə səbəbləri araşdırılır. İlkin ehtimala görə, sürücü idarəetməni itirdikdən sonra avtobus yoldan çıxıb.

 

 


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑