Dünya · Trend.az

Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələrin adları məlum olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələrin adları məlum olub xəbəri üçün şəkil

Bakı.Trend:

2026-cı ildə Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələrin siyahısı açıqlanıb.

“Visual Capitalist” nəşrinin dərc etdiyi reytinq cədvəlinə görə, maliyyə qurumu qarşısında ən çox borc öhdəliyi olan ölkələr arasında Argentina ilk yerdə gəlir.

Adıçəkilən dövlətin 56,8 milyard ABŞ dolları həcmində borc öhdəliyi var və bu ölkənin ÜDM-nin 8,2 faizini təşkil edir.

İkinci yerdə 14,4 milyard dollar göstərici ilə Ukrayna qərarlaşıb. Sonrakı yerlərdə isə müvafiq ardıcıllıqla Pakistan (10,8 milyard), Misir (10,6 milyard) və Ekvador (9,4 milyard) gəlir.

Beynəlxalq Valyuta Fondu (BVF) iqtisadi çətinliklərlə üzləşən dövlətlərin ən böyük kreditorlarından biri olaraq qalır. Bəzi ölkələr maliyyə böhranları səbəbindən, digərləri isə milli valyutanı sabitləşdirmək və ya büdcə kəsirini maliyyələşdirmək üçün fonda müraciət edirlər.

Reytinq cədvəli aşağıda təqdim olunub:

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑