Bakı.Trend:
Ukraynada enerji obyektinə dəyən zərər paytaxt Kiyevdə elektrik təchizatının kəsilməsinə səbəb olub.
Bu barədə Ukraynanın “DTEK” enerji holdinqi məlumat yayıb.
“Kiyevdə elektrik enerjisinin qəza rejimində kəsintisi tətbiq olunub”, – deyə holdinqin Telegram kanalında bildirilib.
Qeyd edək ki, daha əvvəl enerji obyektlərinə dəyən zərər səbəbindən Kiyevdə elektrik enerjisinin kəsilməsi 24 saat davam edib.





