Dünya · Trend.az

Trampın xatirə sikkələri satış rekordları vurur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampın xatirə sikkələri satış rekordları vurur xəbəri üçün şəkil

Bakı.Trend:

ABŞ Zərbxanası ABŞ Prezidenti Donald Trampın təsvir olunduğu xatirə sikkəsinin buraxılması sayəsində məhsul satışında rekord göstəriciyə nail olub.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

“ABŞ Zərbxanasının 2026-cı maliyyə ilində satışları 1 milyard dolları ötüb. Bu, son 20 ildən çox müddətdə qeydə alınan rekord göstəricidir. Rekord Donald Trampın təsvir olunduğu 1 dollarlıq sikkəyə yüksək tələbat sayəsində əldə edilib”, – deyə ABŞ Maliyyə Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yayılan məlumatda bildirilir.

Sentyabr ayında ABŞ Zərbxanası ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə 1 dollarlıq xatirə sikkəsi buraxıb. Sikkənin ön tərəfində Donald Trampın portreti, arxa tərəfində isə prezident möhürü təsvir olunub.

Alıcılar 25 sikkədən ibarət rulonu 61 dollara, 100 sikkədən ibarət torbanı isə 154,5 dollara əldə edə bilərlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑