Dünya · Yeni Sabah

Şahin Şıxlinskinin diaspor təşkilatı ləğv olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şahin Şıxlinskinin diaspor təşkilatı ləğv olundu xəbəri üçün şəkil

Rusiya məhkəməsi Yekaterinburqdakı "Azərbaycan-Ural" diaspor təşkilatını ləğv edib.

"Yeni Sabah" ura.ru-ya istinadla xəbər verir ki, "Azərbaycan-Ural" milli mədəni təşkilatının ləğv edilməsi barədə qərar Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində yerləşdirilib.

Təşkilat rəsmi olaraq 2023-cü ilin yanvar ayında qeydiyyata alınıb. Onun təsisçisi Şahin Şıxlinski Yekaterinburqda və Rusiyanın Sverdlovsk vilayətində yaşayan həmvətənlərimizə yardım və dəstək göstərmək üçün birlik yaradıb. Dominos pizza

2025-ci ildə Rusiyada Azərbaycan diasporuna hücumlar zamanı Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb.

2026-cı ilin aprelində Şahin Şıxlinski sifarişli qətllərin təşkili və hüquq-mühafizə orqanı əməkdaşına güc tətbiq etmək ittihamı ilə 24 il müddətinə azadlıqdan məhrum edilib. Oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə həbsə göndərilib.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑