Dünya · Globalinfo.az

“Etibar etmirəm” – Tramp Netanyahu haqda danışdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Etibar etmirəm” – Tramp Netanyahu haqda danışdı xəbəri üçün şəkil

“Siyasət dünyasında mən heç kimə etibar etmirəm”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Newsmax” telekanalına müsahibəsində İsrailin Baş naziri Benyamin Netanyahuya etibar edib-etmədiyi ilə bağlı suala cavab verərkən deyib.

ABŞ lideri, həmçinin İsrail rəsmilərinin Netanyahunun yenidən seçilməsi üçün keçiriləcək seçki kampaniyasında onun iştirak etməsini istədiklərini deyib.

“Bəli, onlar mənim iştirak etməyimi istəyərdilər”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti Netanyahu ilə münasibətlərinin çox yaxşı olduğunu vurğulayıb və onların İrana qarşı həyata keçirdikləri  hərbi tərəfdaşlığı yüksək qiymətləndirib.

Əliyar Xəlil
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑