Dünya · Publika.az

İraqın İranla müharibəyə görə itirdiyi sərvət: Fuad Hüseyn açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İraqın İranla müharibəyə görə itirdiyi sərvət: Fuad Hüseyn açıqladı xəbəri üçün şəkil

İraq İranla müharibə və ABŞ-la İran arasında gərginliyin artması nəticəsində təxminən 60 milyard dollar iqtisadi ziyana uğrayıb.

Publika.az xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn Romada italiyalı həmkarı Antonio Təyani ilə görüşü zamanı bildirib.

Nazirin sözlərinə görə, regional münaqişənin davam etməsi qlobal enerji böhranını dərinləşdirib, inflyasiyanın artması ilə bağlı narahatlıqları gücləndirib. Bu proseslər, xüsusilə, iqtisadi çətinliklərlə üzləşən Avropa ölkələrinə mənfi təsir göstərib.

Görüşdə İraq və İtaliya arasında ikitərəfli münasibətlər, təhlükəsizlik və hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də Beynəlxalq Koalisiyanın İraqdakı missiyasının başa çatmasından sonrakı mərhələ müzakirə olunub.

Tərəflər, həmçinin Rusiya-Ukrayna müharibəsinin Avropanın təhlükəsizliyinə təsirini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Hüseyn Avropa İttifaqını, xüsusilə İtaliyanı sülh təşəbbüslərinin dəstəklənməsində daha fəal rol oynamağa çağırıb.

Görüşün sonunda tərəflər əməkdaşlığın davam etdirilməsi və koordinasiyanın gücləndirilməsi barədə razılığa gəliblər.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑