Dünya · Publika.az

İranlı general: Hörmüz boğazından keçidlər ciddi şəkildə məhdudlaşdırılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranlı general: Hörmüz boğazından keçidlər ciddi şəkildə məhdudlaşdırılıb xəbəri üçün şəkil

İran Ordusunun Baş Komandanı, general-mayor Əmir Hatəmi Hörmüz boğazına tam nəzarət etdiklərini və gəmi keçidlərinin ciddi şəkildə məhdudlaşdırıldığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə Hatəmi Tehranda qatıldığı tədbirdə açıqlama verib.

O bildirib ki, Hörmüz boğazının qərb hissəsinə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri, şərq hissəsinə və Oman dənizi istiqamətinə isə İran Ordusunun Hərbi Dəniz Qüvvələri nəzarət edir.

Hatəmi boğazın açıq olması ilə bağlı açıqlamaların həqiqəti əks etdirmədiyini vurğulayıb.

“Bu günə qədər heç bir düşmən gəmisi Oman dənizinə daxil olmağa cəsarət etməyib. Boğaza daxil olan üç gəmi də ardıcıl hücumların hədəfi olub”, - deyə o bildirib.

İranlı generalın sözlərinə görə, İranla koordinasiya aparmadan Hörmüz boğazından keçməyə çalışan bir sıra gəmilər ya minaya düşüb, ya da hücuma məruz qalıb.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑