Dünya · Globalinfo.az

27 ölkədən Moskvaya qarşı rekord qərar – Zaxarovadan REAKSİYA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
27 ölkədən Moskvaya qarşı rekord qərar – Zaxarovadan REAKSİYA xəbəri üçün şəkil

“Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi Brüsselin acizliyindən xəbər verir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O qeyd edib ki, söhbət sanksiya siyahılarının eyni vaxtda növbəti dəfə, özü də rekord həcmdə genişləndirilməsindən gedir.

“Bununla fəxr edirlər. Siyahılara əlavə olaraq Rusiyanın 826 təşkilatı və 743 fiziki şəxsi daxil edilib. Bu qədər çox sayda fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlərin tətbiqi bir daha Brüsselin sistemli acizliyini göstərir. Çünki onlar ölkəmizə təzyiq göstərmək üçün bütün vasitələrini tükədib”, – deyə Zaxarova bildirib.

Əliyar Xəlil
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑