Dünya · Trend.az

Tramp pələnglə "güləşdi" (VİDEO)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp pələnglə "güləşdi" (VİDEO) xəbəri üçün şəkil

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində pələngin və şirlərin insanlara hücumlarını əks etdirən videolar, eləcə də süni intellekt vasitəsilə yaradılmış, onun pələnglə güləşdiyi, daha sonra isə qucaqlaşdığı görüntülər paylaşıb.

O, ilk olaraq Böyük Britaniyada zoopark ziyarətçisinə pələngin hücumunu əks etdirən video yayımlayıb. Hadisə nəticəsində ziyarətçi həyatını itirib. Tramp paylaşımını “Təbiətlə zarafat etmək olmaz!” sözləri ilə müşayiət edib.

Daha sonra ABŞ lideri zooparkların bir neçə əməkdaşına və ziyarətçisinə şirlərin hücumlarını əks etdirən videonu paylaşıb.

Bundan sonra ABŞ Prezidenti süni intellekt vasitəsilə yaradılmış 23 saniyəlik video yayımlayıb. Video Trampın otların üzərində uzanaraq barmağını pələngə tərəf silkələməsi ilə başlayır. Yırtıcı heyvan süni intellektlə yaradılmış prezident obrazına pəncəsi ilə toxunaraq qaçdıqda, Tramp onun arxasınca düşür və heyvanı yerə yıxır. Videonun sonunda Trampla pələng qucaqlaşırlar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑