Dünya · Teleqraf

ABŞ Rusiyaya qarşı sanksiyaları pozmaqda ittiham olunan şəxsi ekstradisiya edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Rusiyaya qarşı sanksiyaları pozmaqda ittiham olunan şəxsi ekstradisiya edib xəbəri üçün şəkil

BAKI, 16 oktyabr. TELEQRAF

ABŞ Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınmaqda ittiham olunan Rusiya vətəndaşı Aleksandr Suvorovu İsveçdən ekstradisiya edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, 52 yaşlı Aleksandr Suvorova ABŞ-dən Rusiyaya mikroelektron komponentlərin Honkonqda yerləşən şirkət vasitəsilə qanunsuz ixracı ilə bağlı üç maddə üzrə ittiham irəli sürülüb.

“Suvorov oktyabrın 15-də İsveçdən Nyu-York ştatının Şimal Məhkəmə Dairəsinə ekstradisiya edilib. Onun oktyabrın 16-da Olbani şəhərində məhkəmə qarşısına çıxarılması gözlənilir”, – məlumatda bildirilib.

İttiham tərəfinin iddiasına görə, Suvorov 2022-ci ilin martından 2023-cü ilin aprelinədək ABŞ istehsalı olan elektron komponentlərin, o cümlədən ikili təyinatlı məhsulların Rusiyaya qanunsuz ixracını həyata keçirən satınalma şəbəkəsinə rəhbərlik edib.

Bildirilib ki, ittihamlar məhkəmədə sübuta yetirilərsə, Suvorovu ümumilikdə 45 ilədək həbs cəzası və 1,75 milyon dollaradək cərimə gözləyir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑