Pakistanın qərbində 5,6 maqnitudalı zəlzələ olub
Milli.Az xəbər verir ki, bu gün səhər saatlarında Pakistanın Bəlucistan əyalətində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı Xuzdar dairəsində təxminən 10 km dərinlikdə yerləşib.
Bölgədə 14,9 milyondan çox insan yaşayır. Dağıntılar barədə məlumat daxil olmayıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)


