Dünya · Trend.az

İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb xəbəri üçün şəkil

Bakı.Trend:

İstanbulun Maltepe rayonunda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı beş nəfərə çatıb. Hadisə yerində axtarış-xilasetmə işləri dayandırılıb.

Bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

Bundan əvvəl hadisə nəticəsində iki nəfərin öldüyü, 10 nəfərin xilas edildiyi bildirilmişdi. Onların hamısı yerli sakinlərdir.

Hadisə oktyabrın 8-də səhər saatlarında İstanbulun Asiya hissəsində yerləşən Cevizli məhəlləsində baş verib. Binanın bir tərəfində üç mərtəbə çöküb. Binanın aşağı mərtəbələrində tekstil emalatxanası və kommersiya obyektləri yerləşib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, bina 1987-ci ildə tikilib və əvvəlcə beş mərtəbədən ibarət olub. Sonradan binaya qanunsuz olaraq daha iki mərtəbə əlavə edilib.

İstanbul prokurorluğu hadisə ilə bağlı araşdırma aparır. Prokurorluğun qərarı ilə binanın layihəsini hazırlayan memar və tikinti işlərinin rəhbəri saxlanılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑