Dünya · Trend.az

Türkiyə Səudiyyə Ərəbistanında hərbi haza yarada bilər

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə Səudiyyə Ərəbistanında hərbi haza yarada bilər xəbəri üçün şəkil

Bakı.Trend:

Türkiyə Məkkə müdafiə paktı əsasında Səudiyyə Ərəbistanında hərbi mövcudluğunu genişləndirmək planları çərçivəsində bu ölkədə öz hərbi bazasını yarada bilər.

Bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, Ankara yaxın həftələrdə Səudiyyə Ərəbistanına məhdud sayda hərbi kontingent və hərbi texnika göndərəcək. Türkiyə 2025-ci ildən etibarən kritik əhəmiyyətli infrastrukturun mühafizəsi məqsədilə bu ölkəyə 200-dən çox hərbi mütəxəssis, texniki qruplar, hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri dislokasiya edir.

Nəşrin məlumatına görə, Məkkə alyansına daxil olan Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin oktyabrın 5-də Ər-Riyadda birgə müdafiə üzrə öhdəliklərin praktiki icrasına və hərbi qüvvələrin yerləşdirilməsinə dərhal keçilməsi barədə qəbul etdiyi qərar çərçivəsində Türkiyə Səudiyyə Ərəbistanının dörd ən mühüm qaz və elektrik enerjisi obyektinin müdafiəsində iştirak edəcək. Bunun üçün Türkiyənin yaxın və orta mənzilli hava hücumlarından müdafiə sistemlərindən istifadə olunacaq. Regiona göndəriləcək hərbçilərin sayı yaxın günlərdə dəqiqləşdiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑