Dünya · Publika.az

Türkiyənin Fransa ilə müdafiə əməkdaşlığı Yunanıstanı silkələdi: "Meteor" zərbəsi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyənin Fransa ilə müdafiə əməkdaşlığı Yunanıstanı silkələdi: "Meteor" zərbəsi xəbəri üçün şəkil

Türkiyənin Fransa ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirmək istiqamətində atdığı addımlar Yunanıstan mətbuatında geniş müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Yunanıstanın “Pentapostagma” nəşri bu barədə məqalə dərc edib.

Təhlilə görə, Türkiyə yerli müdafiə sənayesini inkişaf etdirməklə çoxqatlı hava hücumundan müdafiə sistemi qurmağa çalışır. Bu baxımdan “SAMP/T NG” sisteminin mümkün əməkdaşlıq çərçivəsində gündəmə gəlməsi diqqət çəkir.

Nəşr vurğulayıb ki, əsas məsələ yalnız hazır sistemlərin alınması deyil, həm də Türkiyə müdafiə sənayesinin layihələrdə iştirakı, texnologiya transferi və sistemlərin “Polad Günbəz” layihəsinə inteqrasiyasıdır.

Həmçinin nəşrin iddiasına görə, “METEOR” uzaqmənzilli hava-hava raketlərinin Türkiyə Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilməsi Ankaranın regiondakı hava üstünlüyünü daha da gücləndirə və Yunanıstanın müdafiəsi üçün ciddi problem yarada bilər.

Nəşr Fransa müdafiə sənayesinin Türkiyə ilə mümkün əməkdaşlıq imkanlarına da diqqət çəkib. “Thales”, “MBDA” və “Eurosam” şirkətlərinin radar, raket, komanda-idarəetmə və sistemlərin inteqrasiyası sahələrində potensial layihələrdə iştirak edə biləcəyi qeyd olunub.

“Türkiyə özünü güclü göstərməyə məcbur deyil, çünki onsuz da güclüdür. Onların bizim istədiyimiz qədər zəif olması mövcud şəraitdə mümkün deyil. Bundan həqiqətdən qaça bilmərik”, - məqalədə vurğulanıb.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑