Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.
Bizim.Media xəbər verir ki, dağıntılar altından daha 3 nəfərin meyiti çıxarılıb. Bununla da, axtarış-xilasetmə işləri başa çatıb.
Xatırladaq ki, dünən səhər saatlarında Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çöküb.
Hadisə ilə əlaqədar binanın memarı və tikinti üzrə məsul şəxs saxlanılıb.
Bizim.Media
İstanbulda çökən binada ölənlərin sayı 5-ə ÇATDI

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





