Venesuelanın devrilmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Silia Flores ABŞ həbsxanasında infarkt keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə “AP” vəkillərə istinadən məlumat yayıb.
Bildirilib ki, S. Floresin həbsxana şəraitində müalicəsi mümkün olmayan ürək problemləri var. O, həbsdə olduğu müddətdə 11 kq çəki itirib.
Xatırladaq ki, 2026-cı ilin əvvəlində ABŞ Maduro və həyat yoldaşının Venesueladan çıxarılması ilə nəticələnən hərbi əməliyyat keçirib.
Əməliyyatın əsaslandırılmasında Maduroya qarşı narkotik qaçaqmalçılığı ilə bağlı ABŞ-da irəli sürülmüş ittihamlar əsas gətirilib.
Bizim.Media
Maduronun həyat yoldaşı ABŞ həbsxanasında infarkt KEÇİRİB

Xəbəri paylaş
Oxunma1
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





