Dünya · Bakupost.az

İranlı din xadimi Azərbaycanla bağlı açıqlamasına görə üzr istədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranlı din xadimi Azərbaycanla bağlı açıqlamasına görə üzr istədi xəbəri üçün şəkil

İranlı din xadimi, Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlərə görə üzr istəyib.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, Bərgi bu barədə özünün İnstaqram hesabında video paylaşıb.
“Mən Azərbaycanın gəlib İrana birləşməyini və ya müharibə edərək oranı alaq demək istəmirdim. Yox, bu sözlərimdə səhv etdim”, - Bərgi bildirib.
O, üzrxahlığı zamanı İranın mərhum ali rəhbəri Əli Xameneinin Azərbaycanla bağlı fikirlərinə də toxunub. O, Azərbaycanın İrana birləşdirilməsini nəzərdə tutmadığını vurğulayıb.
Qeyd edək ki, Güney Azərbaycan türklərinin ana dilinin müdafiəsi ilə bağlı çıxışları ilə tanınan Bərgi son günlərdəki açıqlamalarında İran mərkəzli siyasi mövqe sərgiləməsi və Azərbaycanla bağlı mübahisəli ifadələr işlətməsi ilə diqqət çəkib.
Bərgi daha əvvəl çıxışında Azərbaycan Respublikasında yaşayan soydaşlarına işarə edərək, “Biz o Azərbaycana inanırıq ki, İranınkıdır. Biz Güney-Quzey Azərbaycan tanımırıq” ifadəsini işlətmişdi.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑