Dünya · Trend.az

Fransada etiraz aksiyaları öncəsi təhlükəsizlik tədbirləri gücləndirilir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada etiraz aksiyaları öncəsi təhlükəsizlik tədbirləri gücləndirilir xəbəri üçün şəkil

Bakı. Trend:

Fransa hökuməti oktyabrın 24-də həyat bahalılığına qarşı keçiriləcək növbəti ümummilli etiraz aksiyaları zamanı mümkün zorakılıq hallarının qarşısını almaq üçün genişmiqyaslı təhlükəsizlik tədbirləri görməyə hazırlaşır.

Baş nazir Sebastyən Lökornü Milli Assambleyada çıxışı zamanı şənbə günü keçiriləcək aksiyalar üçün polis qüvvələrinin kütləvi səfərbər ediləcəyini bildirib. O, oktyabrın 17-də keçirilən nümayişlər zamanı tətbiq olunan təhlükəsizlik tədbirlərinin həddindən artıq statik və kifayət qədər çevik olmadığını etiraf edib.

Daxili işlər naziri Loran Nünez bildirib ki, oktyabrın 24-ü üçün təhlükəsizlik strategiyası cəlb ediləcək qüvvələrin sayı, onların hərəkətliliyi və hadisələrə operativ müdaxilə imkanları baxımından yenidən nəzərdən keçiriləcək. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə yanaşı, hökumət əvvəlki aksiyalar zamanı baş vermiş zorakılıqların təkrarlanmamasına çalışır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑