Dünya · Teleqraf

ABŞ Yaxın Şərqdən hərbçilərini çıxarır: İrana hücumdan əvvəlki vəziyyət təkrarlanır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Yaxın Şərqdən hərbçilərini çıxarır: İrana hücumdan əvvəlki vəziyyət təkrarlanır xəbəri üçün şəkil

BAKI, 22 oktyabr. TELEQRAF

ABŞ son günlər Yaxın Şərqdə yerləşən hərbi bazalarından şəxsi heyətin bir hissəsini çıxarmağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hərbçilərin sayının azaldılması İordaniya, Qətər və Küveytdəki ABŞ hərbi bazalarını əhatə edir.

Bununla yanaşı, oktyabrın 21-də ABŞ-nin Yaxın Şərqdəki bəzi diplomatik nümayəndəliklərinin rəhbərlərinə əməkdaşların sayının azaldılacağı barədə xəbərdarlıq edilib.

NBC News-un mənbələri bildiriblər ki, hərbi və diplomatik personalın təxliyəsi ABŞ-nin fevral ayında İrana qarşı hərbi əməliyyatlara başlamasından əvvəl həyata keçirilən tədbirlərə bənzəyir.

ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi Timoti Hokins isə hərbçilərin yerdəyişməsini şərh etməkdən imtina edib.

“Biz qüvvələrimizin fəaliyyətini optimallaşdırmaq məqsədilə mütəmadi olaraq hərbi qulluqçuların və resursların yerini dəyişirik. Bu hərəkətləri şərh etmirik”, – deyə o bildirib.

“Reuters” agentliyi daha əvvəl ABŞ Dövlət Departamentinin Yəməndəki husilərə qarşı mümkün hərbi əməliyyatla əlaqədar Yaxın Şərqdəki bir sıra səfirliklərin əməkdaşlarını təxliyə etməyə hazırlaşdığını yazıb.

Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott isə Səudiyyə Ərəbistanındakı diplomatik missiyalarda kritik əhəmiyyət daşımayan vəzifələrdə çalışan əməkdaşların və onların ailə üzvlərinin ölkəni tərk etməsi barədə göstəriş verildiyini təsdiqləyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑