Dünya · Azxeber.com

ABŞ Yaxın Şərqdəki bəzi səfirliklərinin əməkdaşlarını təxliyə etməyə hazırlaşır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Yaxın Şərqdəki bəzi səfirliklərinin əməkdaşlarını təxliyə etməyə hazırlaşır xəbəri üçün şəkil
ABŞ Dövlət Departamenti Yaxın Şərqdə yerləşən bir sıra diplomatik nümayəndəliklərinin əməkdaşlarını və onların ailə üzvlərini bölgədən çıxarmağa hazırlaşır.
"Reuters" agentliyinin ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumatına görə, buna səbəb Yəməndəki husilərə qarşı mümkün hərbi əməliyyatlarla əlaqədar təhlükəsizlik risklərinin artmasıdır.
Bildirilib ki, Dövlət Departamenti Fars körfəzi ölkələrində fəaliyyət göstərən bəzi ABŞ səfirliklərinin əməkdaşlarının və ailə üzvlərinin bölgəni tərk etməsi barədə göstəriş verməyə hazırlaşır.
Agentliyin məlumatına görə, qərar xüsusilə İranın dəstəklədiyi "Ənsar Allah” hərəkatına qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalı ilə əlaqədardır.
Qeyd edək ki, oktyabrın 10-da ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının husilərə qarşı zərbələrinə Vaşinqtonun qoşulub-qoşulmayacağı barədə yaxın vaxtlarda qərar qəbul edəcəyini bildirmişdi.
Hansı ölkələrdəki səfirliklərin əməkdaşlarının təxliyə olunacağı və prosesin nə vaxt başlayacağı barədə məlumat verilməyib.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑