Dünya · Trend.az

ABŞ Yaxın Şərqdəki bazalarından bəzi qoşunlarını geri çəkir - KİV

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Yaxın Şərqdəki bazalarından bəzi qoşunlarını geri çəkir - KİV xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ son günlər Yaxın Şərq regionundakı hərbi bazalarında hərbçilərinin sayını azaldır.

Bu barədə "NBC News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, hərbçilərin çıxarılması İordaniya, Qətər və Küveytdəki bazaları əhatə edib. Telekanalın məlumatına görə, oktyabrın 21-də Yaxın Şərqdəki ABŞ diplomatik nümayəndəliklərinin rəhbərlərinə də diplomatik missiyaların əməkdaşlarının sayının azaldılması şəraitində fəaliyyət göstərməli olacaqları barədə məlumat verilib.

NBC News-un mənbələri qeyd ediblər ki, amerikalı hərbçilərin və diplomatik nümayəndəliklərin əməkdaşlarının sayının azaldılması ABŞ-ın fevral ayında İrana qarşı hərbi əməliyyatına başlamazdan əvvəl həyata keçirilən personalın çıxarılması prosesinə bənzəyir.

“Optimallaşdırma məqsədilə ABŞ hərbçilərini və resurslarını mütəmadi olaraq yenidən yerləşdiririk. Bu yerdəyişmələri şərh etmirik”, – deyə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının nümayəndəsi Timoti Hokins telekanala bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑