Dünya · Teleqraf

Zelenski Norveçdən daha 3,5 milyard avro istəyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Norveçdən daha 3,5 milyard avro istəyib xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ilin sonunadək 3,5 milyard avro əlavə maliyyə dəstəyinə ehtiyac duyduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, Zelenski bu barədə Norveçin paytaxtı Osloda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukrayna büdcəsində yaranmış maliyyə çatışmazlığının aradan qaldırılması üçün beynəlxalq tərəfdaşların yardımına ehtiyac var.

“Bizim üçün bu ilin bütün problemli və çatışmayan maliyyə məsələlərini həll etmək vacibdir. Hazırda 3,5 milyard avro, yəni 4,1 milyard dollar kəsir qalır”, – deyə Zelenski vurğulayıb.

Ukrayna lideri əlavə maliyyələşdirmə məsələsinin Norveç rəsmiləri ilə görüşdə müzakirə olunduğunu və beynəlxalq tərəfdaşların Kiyevə dəstəyini davam etdirəcəyinə ümid etdiyini bildirib.

İtaliyanın “La Repubblica” qəzeti isə oktyabrın 19-da yazıb ki, Zelenskinin əlavə 70 milyard avro maliyyə yardımı tələbi Avropada narahatlıq yaradıb. Nəşrin məlumatına görə, Avropa İttifaqı bir neçə ay əvvəl Ukraynaya növbəti iki il ərzində ayrılması nəzərdə tutulan 90 milyard avroluq maliyyə dəstəyini təsdiqləyib.

Qeyd edək ki, Ukrayna artıq bir neçə ildir dövlət büdcəsindəki böyük kəsiri əsasən Qərbin maliyyə yardımları hesabına qarşılamağa çalışır.

Kiyev 2026-cı ildə beynəlxalq tərəfdaşlardan ümumilikdə 49 milyard dollar maliyyə dəstəyi cəlb etməyi planlaşdırır. 2027-ci il üçün nəzərdə tutulan 32,6 milyard dollarlıq büdcə xərclərinin maliyyələşdirilməsi ilə bağlı isə Qərb ölkələri ilə əlavə razılaşmalara ehtiyac var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑