Dünya · Modern.az

“Meta” 25 milyard dollar cərimə ödəyəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Meta” 25 milyard dollar cərimə ödəyəcək
“Meta” 25 milyard dollar cərimə ödəyəcək

ABŞ-ın Nyu-Meksiko ştatında məhkəmə “Meta” şirkətinin 25 milyard dollar məbləğində cərimə ödəməsinə qərar verib.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qərar şirkətin istifadəçiləri şəxsi məlumatlarının qorunması ilə bağlı yanıltmasına dair məhkəmə işi çərçivəsində qəbul edilib.

İş 2016-cı ildə ABŞ prezident seçkilərində Donald Trampın kampaniyası ilə əməkdaşlıq etmiş “Cambridge Analytica” şirkətinin milyonlarla “Facebook” istifadəçisinin məlumatlarını razılıq olmadan əldə etməsi ilə əlaqədardır.

Məhkəmə əvvəlcə 219 milyard dollardan artıq cərimənin qanunvericiliyə uyğun olduğunu müəyyənləşdirsə də, yekun məbləği 25 milyard dollara endirib.

Nyu-Meksikonun baş prokuroru Raul Torres qərarı texnologiya şirkətlərinin məsuliyyətə cəlb edilməsi baxımından mühüm hadisə adlandırıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑