Dünya · Trend.az

Ermənistan Aİ-yə üzvlük üçün 2027 və ya 2028-ci ildə müraciət edə bilər - Paşinyan

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistan Aİ-yə üzvlük üçün 2027 və ya 2028-ci ildə müraciət edə bilər - Paşinyan xəbəri üçün şəkil

Bakı. Trend:

Ermənistan 2027 və ya 2028-ci ildə Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət edə bilər.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Euronews”a müsahibəsində bildirib.

Paşinyan hökumətinin Ermənistan vətəndaşlarına gələcək yollarını seçmək imkanı vermək niyyətində olduğunu deyib.

“Gələn il Aİ-yə üzvlük üçün müraciət etməyimiz real görünür. 2028-ci ildə də bu, mümkün ola bilər. Biz Avropa İttifaqına rəsmi üzvlük üçün müraciət etmək barədə yekun qərara gətirib çıxaracaq prosesə başlamışıq”, - deyə o bildirib.

Baş nazir Aİ-yə üzvlüyü Ermənistanın demokratiyasını qorumaq üçün strateji seçim adlandırıb. O həmçinin ölkənin siyasi və iqtisadi əlaqələrini şaxələndirməyi hədəflədiyini və Aİ-yə qoşulmaqla Rusiyanın Avrasiya İqtisadi İttifaqında qalmaq arasında seçim etməli olacaqlarını bildirib. Bu qərarın Ermənistan xalqı tərəfindən verilməli olduğunu vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑