Bakı.Trend:
İsveçli fəal Qreta Tunberq oktyabrın 13-də, çərşənbə axşamı, Fransada təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edən məktəblilərə qoşulub.
Bu barədə Fransa KİV-də məlumat yayılıb.
Tunberq Pol Elyuar orta məktəbinə gəlib. Burada çoxsaylı polis zorakılığı ittihamlarından sonra vəkillər yeniyetmələri müdafiə etmək məqsədilə canlı zəncir yaradıblar.
“Gənclər müzakirələrdə iştirak etmirlər. Gələcəyimizi əlimizdən alırlar”, – deyə Tunberq “Agence France-Presse” agentliyinə bildirib.
Qeyd edək ki, Fransada etirazlar sentyabrın sonlarında Parisdə başlayıb və sonradan ölkənin digər bölgələrinə yayılıb. Nümayişçilər dərs yükünün çoxluğu, müəllim çatışmazlığı və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.




