Dünya · Axar.az

Qreta Tunberq də bu ölkədəki etirazlara qoşuldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qreta Tunberq də bu ölkədəki etirazlara qoşuldu xəbəri üçün şəkil

İsveçli ətraf mühit fəalı QretaTunberq Fransada davam edən məktəb etirazlarına qoşulub.

Axar.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Məlumata görə, Tunberq Sen-Denisin şimal ətrafındakı Pol Eluard Liseyi yaxınlığında etirazçılar arasında görünüb.

Şagird və tələbələrin davam edən etirazları Fransada 375 liseyin işini tamamilə və ya qismən pozub. Etirazların başlanğıcından bəri 215 məktəbli, hüquq-mühafizə orqanlarının 700-dən çox əməkdaşı və təhsil sektorunun 12 işçisi xəsarət alıb.

Qeyd edək ki, mərkəzi İl-de-Frans regionunda başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda bütün Fransanı bürüyüb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Aksiyaçılar məktəbləri və avtomobilləri yandırır, iğtişaşlar törədirlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑