Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının aralıq Konqres seçkilərində qələbə qazanacağı təqdirdə, qanun layihələrinə veto qoyacağını bildirib.
Tramp bu barədə “The New York Post” qəzetinə müsahibəsində danışıb.
O qeyd edib ki, demokratlar tərəfindən imzalanmaq üçün təqdim edilən qanun layihələrinə veto qoymaqla onları razılaşma əldə etməyə məcbur edə bilər.
Qeyd edək ki, ABŞ-də aralıq Konqres seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də Senatın bir sıra üzvləri müəyyənləşəcək.






