Dünya · Teleqraf

Rusiyada təyyarə qəzaya uğradı: Ölən var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyada təyyarə qəzaya uğradı: Ölən var xəbəri üçün şəkil

BAKI, 2 noyabr. TELEQRAF

Rusiyanın Tver vilayətində kustar üsulla hazırlanmış uçuş aparatının qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsinin 2-ci hissəsi (hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması) üzrə cinayət işi başlanılıb.

Hazırda qəzanın başvermə səbəbləri və şəraiti araşdırılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑