Dünya · Təzadlar

BMT: Yəməndə məcburi köçkünlərin sayı 300 mini keçib - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
BMT: Yəməndə məcburi köçkünlərin sayı 300 mini keçib - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (BMQT) Yəməndə artan münaqişə səbəbindən 300.000-dən çox insanın didərgin düşdüyünü açıqlayıb və onların demək olar ki, hamısı son iki ayda baş verib.

Tezadlar.az xəbər verir ki, BMQT bu məlumatı sosial media hesabında paylaşıb.

Yazıda deyilib: “BMQT-nin yeni məlumatları göstərir ki, Yəməndə artan münaqişə səbəbindən 300.000-dən çox insan didərgin düşüb və onların demək olar ki, hamısı son iki ayda baş verib.”

Yazıda həmçinin humanitar yardıma artan ehtiyac qeyd edilib və ailələrin sığınacaq tapmaq və əsas ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyi vurğulanıb.

Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları 2014-cü ilin sentyabr ayından bəri paytaxt Sənanı və bəzi digər əraziləri nəzarətdə saxlayır.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 2015-ci ilin mart ayından bəri Yəmən hökumətini Husilərə qarşı dəstəkləyir.

Ötən ay İranın dəstəklədiyi Husi üsyançılarının Qırmızı dəniz sahilindəki Hudeyda əyalətindən Taiz əyalətinə doğru hücumlara başlaması və Bab əl-Məndəb boğazına doğru irəliləməsi ilə başlayan münaqişə dağlıq bölgədə yerləşən Taiz də daxil olmaqla bir çox ərazidə davam edir.

ELBAR

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑