Dünya · Sfera.az

“Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir - Xəbərdarlıq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir - Xəbərdarlıq xəbəri üçün şəkil

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “Apple” şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edir.

Sfera.az xəbər verir ki, Agentliyin yaydığı məlumata görə, “iOS”, “iPadOS” və “macOS” əməliyyat sistemlərinin müəyyən versiyalarında qeydə alınmış bu boşluq kiberdələduzların cihazları ələ keçirməsinə şərait yaradır.

Belə ki, hazırda vətəndaşlara xarici nömrələrdən zənglər edilir, “WhatsApp” və “Telegram” hesablarına aldadıcı mesajlar vasitəsilə zərərli fayllar göndərilir. Həmin fayllar əməliyyat sistemlərinin son yenilənmiş versiyalarını istifadə etməyən vətəndaşların cihazlarının dələduzlar tərəfindən ələ keçirilməsinə yol açır. Bu da istifadəçi məlumatlarının icazəsiz əldə edilməsi ilə nəticələnə bilər.

Milli Kibertəhlükəsizlik Agentliyi istifadəçilərə aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

iPhone, iPad və Mac cihazlarının əməliyyat sistemlərini mövcud olan ən son versiyaya yeniləyin;

Naməlum və etibarsız mənbələrdən gələn faylları açmayın

Avtomatik sistem yeniləmələrini aktiv edin.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑