Dünya · Teleqraf

"Brent" neftinin qiyməti 111 dollardan aşağı düşüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Brent" neftinin qiyməti 111 dollardan aşağı düşüb xəbəri üçün şəkil

BAKI, 2 noyabr. TELEQRAF

Dünya bazarında “Brent” markalı neftin qiyməti oktyabrın 22-dən bəri ilk dəfə bir barel üçün 111 dollardan aşağı enib.

Teleqraf xəbər verir ki, bu barədə Londonun ICE birjasının ticarət məlumatlarında bildirilib.

Məlumata görə, Bakı vaxtı ilə saat 06:04-də yanvar ayı üzrə “Brent” neftinin fyuçerslərinin qiyməti 0,52 faiz azalaraq 110,98 dollar təşkil edib.

Saat 06:14-ə olan məlumata əsasən isə neftin qiymətində azalma davam edib. Belə ki, “Brent”in bir barelinin dəyəri 0,79 faiz ucuzlaşaraq 110,68 dollara düşüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑