Dünya · Ölkə.az

Bir ildə 700 mindən çox insan istidən ölüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bir ildə 700 mindən çox insan istidən ölüb xəbəri üçün şəkil

Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, hesabatda qeyd edilir: "İstiliklə əlaqəli ölüm hallarının 2023-cü ildə dünya miqyasında rekord həddə - 710 min ölümə çatıb ki, bunun da 71,5 faizi iqlim dəyişikliyi ilə bağlı olduğu təxmin edilir".

"Lancet" jurnalının məlumatına görə, son 11 il rekord həddə çatıb. 2016-2023-cü illər arasında istidən ölüm halları hər il orta hesabla 540 min ölüm halını təşkil edib ki, bunun da 68,4%-i antropogen iqlim dəyişikliyi ilə bağlı olub. İstidən ölüm hallarının ən yüksək səviyyəsi İnsan İnkişafı İndeksi ballarının aşağı olduğu ölkələrdə qeydə alınıb.

“Lancet”in məlumatına görə, son 11 ildə istilər rekord həddə çatıb. 2016-2023-cü illər arasında istilik səbəbindən hər il orta hesabla 540 min insan ölüb, bunların 68,4 faizində səbəblər, ehtimal ki, antropogen iqlim dəyişikliyindən qaynaqlanır. Yüksək temperaturla əlaqəli ən böyük ölüm nisbəti insan inkişafı indeksinin aşağı olduğu ölkələrdə qeydə alınıb.

Bundan əlavə, məlumata görə, 2025-ci ildə yüksək temperatur 573 milyard potensial insan saatının itirilməsinə səbəb olub ki, bu da 1,07 trilyon dollar gəlir itkisinə bərabərdir. İnsan inkişafı indeksi səviyyəsi aşağı və orta olan ölkələr ən çox zərər çəkib və müvafiq olaraq ümumi daxili məhsulun 5 faizi və 3,7 faizi qədər itki veriblər.

"Lancet" jurnalının məlumatına görə, dünyada getdikcə daha çox quru ərazisi şiddətli quraqlıqla üzləşir. 2006-cı ildən 2015-ci ilə qədər dünya quru ərazisinin orta hesabla 28,4 faizi ən azı bir ay şiddətli quraqlıq yaşayıb. 2016-cı ildən 2025-ci ilə qədər bu rəqəm 41,7 faizə, 2023-cü ildə isə rekord həddə - 54,9 faizə yüksəlib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑