Dünya · Sfera.az

Aleksandr Vuçiçin partiyası seçkiləri uduzdu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aleksandr Vuçiçin partiyası seçkiləri uduzdu xəbəri üçün şəkil

Serbiyanın Respublika Seçki Komissiyası (RSK) təkrar səsvermədən sonra parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

Sfera.az xəbər verir ki, "Tələbə siyahısı" səslərin 53,01 faizini qazanıb.

Keçmiş prezident Aleksandr Vuçiçin rəhbərlik etdiyi "Vahid Serbiya" koalisiyası isə 38,98 faiz səs toplayıb. Digər partiyalar 3 faizlik baryeri keçə bilməyiblər.

RSK-nın saytında yayılan məlumatda bildirilib ki, 53 seçki məntəqəsində təkrar səsvermə keçirildikdən sonra Serbiyada növbədənkənar parlament seçkiləri üzrə 8 392 seçki məntəqəsinin hamısının nəticələri açıqlanıb.

İlkin hesablamalara əsasən, 250 yerlik birpalatalı parlamentdə "Tələbə siyahısı" 141, hakim Serb Tərəqqi Partiyası (STP) ətrafında formalaşan Vuçiç koalisiyası isə 103 mandat əldə edəcək./publika

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑