Dünya · Axar.az

Müharibə şiddətlənir, amma Putin güzəştlər alır - NYT

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Müharibə şiddətlənir, amma Putin güzəştlər alır - NYT xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putinin ötən həftə Moskvada fəal diplomatik görüşlər keçirməsi Qərbin təcrid siyasətini boşa çıxararaq, dünya siyasətinə yenidən qayıtmağa çalışdığını göstərir.

Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.

"Müharibənin şiddətlənməsinə və güzəştə getmək niyyətinin olmamasına baxmayaraq, Putin yüksək səviyyəli görüşlərə dəvətlər və ABŞ tərəfindən güzəştlər əldə edir. Üstəlik, ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya Birbaşa İnvestisiyalar Fonduna qarşı tətbiq edilən sanksiyaların ləğvi imkanını nəzərdən keçirir. Noyabrda Putinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının forumunda iştirak etmək üçün Çinə səfəri gözlənilir. Forum çərçivəsində Çin lideri Si Szinpin və ABŞ Prezidenti Donald Trampla mümkün üçtərəfli görüş Rusiyanı iki dünya supergücü ilə bərabər mövqeyə çıxara bilər.

Daha sonra Putin Trampın göndərdiyi dəvəti qəbul edəcəyi təqdirdə, dekabrda G20 sammitində iştirak etmək üçün Mayamiyə səfər edə bilər", - məlumatda bildirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑