ABŞ Prezidenti Donald Tramp tərəfdarlarını Rusiya və Çinin casusluq fəaliyyətindən narahat olmamağa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Ayova ştatında keçirilən mitinqdə çıxış edərkən danışıb.
Tramo bildirib ki, Vaşinqton da həmin ölkələrə qarşı eyni fəaliyyəti həyata keçirir.
“Bəziləri deyir: Çin bizi izləyir, cənab. Mən isə cavab verirəm: Biz də onları izləyirik. Narahat olmayın.
Onlar yenidən deyirlər: Bu, dəhşətlidir, Çin və Rusiya bizi izləyir, cənab. Mən isə cavab verirəm: Bu, doğrudur. Biz də onları izləyirik. Hətta bunu onlardan daha yaxşı bacarırıq”.
ABŞ Prezidenti söhbətin konkret olaraq hansı kəşfiyyat məlumatlarının toplanmasından getdiyini açıqlamayıb.
Əliyar Xəlil
Globalinfo.az


