Dünya · Ölkə.az

Yəməndə qanlı hərbi əməliyyat: 1272 zərbə endirildi, 500 nəfər öldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yəməndə qanlı hərbi əməliyyat: 1272 zərbə endirildi, 500 nəfər öldü xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə Yəmən ordusunun sözçüsü polkovnik Məcid Abdullah ən-Nazili “X” sosial şəbəkəsində məlumat yayıb. 

O, əməliyyatların “Yəmən Şəfəqi” hərbi kampaniyası çərçivəsində həyata keçirildiyini bildirib.

Məcid Abdullah ən-Nazilinin sözlərinə görə, zərbələr husilərin toplaşma məntəqələrinə, istehkamlarına, atəş mövqelərinə, hərəkət və təchizat vasitələrinə endirilib. Zərərsizləşdirilənlər arasında səhra komandirlərinin də olduğu qeyd edilib. Bundan başqa, 169 nəqliyyat vasitəsi, hərbi avadanlıq və ağır silah məhv edilib və ya istifadəyə yararsız vəziyyətə salınıb.

O, hökumət qüvvələrinin əl-Cəvf, Mərib, əl-Bayda, Lahic və Taiz əyalətlərində bütün cəbhələrdə irəlilədiyini bildirib. Hava zərbələri və artilleriya dəstəyi əməliyyatların gedişində mühüm rol oynayır.

Bu arada, əl-Cəvf əyalətindəki hökumət qüvvələri husilərin nəzarətində olan əl-Həzm şəhərinin ön müdafiə xəttini təşkil edən strateji Huveyşiyan dağlarına tam nəzarəti ələ keçirdiklərini açıqlayıblar.

Qeyd edək ki, Yəmən Prezident Şurasının rəhbəri Rəşad əl-Üleymi tərəfindən elan edilən “Yəmən Şəfəqi” əməliyyatı oktyabrın 5-dən davam edir. Əməliyyatın əsas məqsədi dövlət qurumlarını husilərin nəzarətindən geri almaq və paytaxt Sənaya nəzarəti bərpa etməkdir.

Mürtəza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑