Dünya · Milli.az

Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu xəbəri üçün şəkil

Ukraynanın paytaxtı Kiyev və Kiyev vilayətində qəza səbəbindən elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə Ukraynanın "DTEK" enerji holdinqi məlumat yayıb.

Bildirilib ki, "Ukrenerqo"nun göstərişi ilə Kiyev və Kiyev vilayətində fövqəladə elektrik enerjisi kəsintiləri tətbiq edilib. Bu səbəbdən əvvəlcədən müəyyənləşdirilmiş elektrik kəsintisi qrafikləri qüvvədən düşüb.

Yerli KİV-lərin məlumatına görə, elektrik təchizatında yaranan problem səbəbindən şəhərdə elektrik nəqliyyatının hərəkəti dayanıb, metro isə müvəqqəti fəaliyyət göstərmir.

Qeyd edək ki, Kiyev və Kiyev vilayətində elektrik enerjisinin verilişində tez-tez yaranan fasilələr Ukraynanın enerji infrastrukturuna, o cümlədən elektrik stansiyalarına, yarımstansiyalara və ötürücü şəbəkələrə endirilən zərbələrlə əlaqələndirilir. Rusiya-Ukrayna müharibəsi fonunda enerji obyektlərinə hücumlar ölkənin elektrik enerjisi istehsalı və paylanması imkanlarına təsir göstərir. Nəticədə enerji çatışmazlığı və şəbəkəyə düşən yük fövqəladə kəsintilərə səbəb olur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑