Bolqarıstanda prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən, hazırkı Prezident İliyana Yotova dövlət başçısı vəzifəsini icra etməyə davam edəcək.
Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan Mərkəzi Seçki Komissiyasının saytında dərc olunub.
“Seçki komissiyalarının protokollarının 99,95%-i emal edilib. Nəticələrə əsasən, prezident və vitse-prezident vəzifələrinə namizədlər İliyana Yotova və Kiril Vılçev seçicilərin 57,581%-nin səsini qazanıblar. Onlara 1 milyon 93 mindən çox seçici səs verib”, - məlumatda deyilib.
Qeyd edək ki, Bolqarıstanda prezident seçkilərinin ikinci turu dünən baş tutub.

