“Binance” kriptovalyuta birjasının əməkdaşının Şimali Koreya casusu ilə romantik münasibəti nəticəsində birjadan 6 milyard dollar oğurlanıb.
Axar.az xəbər verir ki, bu barədə “ZachXBT” məlumat yayıb.
Məlumata görə, “Binance” şirkətinin mühəndisi sonradan Şimali Koreya agenti olduğu üzə çıxan bir qızla romantik münasibətdə olub:
“Hücum günü şirkətin əməkdaşı noutbukunu nəzarətsiz qoyub və sevgilisi də bundan istifadə edib. Nəticədə hakerlər Şimali Koreyanın ümumi daxili məhsulunun təxminən dörddəbirinə bərabər olan 6 milyard dollardan çox vəsait oğurlamağa nail olublar”.
Qeyd edək ki, ötən həftə dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”a kiberhücum həyata keçirilmişdi.

