Dünya · Teleqraf

Macarıstan Rusiya qazından imtina edir: ABŞ ilə yeni razılaşma

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Macarıstan Rusiya qazından imtina edir: ABŞ ilə yeni razılaşma xəbəri üçün şəkil

BAKI, 2 noyabr. TELEQRAF

Macarıstan ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) idxalını artırmağı və enerji asılılığını azaltmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş nazirinin müavini və xarici işlər naziri Anita Orban ATV telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, oktyabrın 27-29-da Vaşinqtona səfəri zamanı əldə olunan razılaşmalar Amerika qazının Macarıstana tədarükünün genişləndirilməsi üçün yeni imkanlar yaradır.

O xatırladıb ki, 2025-ci ilin dekabrında ABŞ-nin “Chevron” şirkəti ilə Macarıstanın MVM dövlət enerji şirkəti arasında beş il ərzində hər il 400 milyon kubmetr qaz tədarükünə dair müqavilə imzalanıb.

“Bu müqavilə sayəsində Amerika qazı artıq Macarıstana çatdırılır. Rəqabətqabiliyyətli qiymətlər təklif olunarsa, mövcud infrastruktur vasitəsilə tədarükün həcmini artırmaq mümkündür”, – nazir bildirib.

Anita Orban qeyd edib ki, oktyabrın 29-da ABŞ Dövlət katibi Marko Rubio ilə imzaladığı memorandum Macarıstanın “Trampın sülh boru kəmərləri” proqramına qoşulmasını nəzərdə tutur. Təşəbbüs Mərkəzi və Şərqi Avropada Amerika qazının nəqli üçün enerji infrastrukturunun inkişafına yönəlib.

Nazir vurğulayıb ki, hökumətin əsas məqsədi enerji mənbələrini şaxələndirmək, münasib qiymətlərlə qaz əldə etmək və ölkənin enerji müstəqilliyini gücləndirməkdir.

Bununla belə, o, ABŞ şirkətləri ilə yeni qaz müqavilələrinin bağlanmasının vaxt aparacağını və yaxın aylarda əlavə razılaşmaların gözlənilmədiyini bildirib.

Qeyd edək ki, Peter Madyarın rəhbərlik etdiyi Macarıstan hökuməti 2027-ci ilin oktyabrınadək Rusiya qazından imtina etməyə hazır olduğunu açıqlayıb.

Hazırda ölkə neftin böyük hissəsini Rusiyadan “Drujba”, təbii qazı isə “Türk axını” boru kəməri vasitəsilə alır.

Macarıstan enerji təchizatını şaxələndirmək məqsədilə Azərbaycan və Türkiyədən də qaz idxal edir. Budapeşt, həmçinin Qətər və Rumıniya ilə enerji əməkdaşlığını genişləndirməyi planlaşdırır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑