Dünya · Azxeber.com

Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib xəbəri üçün şəkil
Noyabrın 1-də, bazar günü axşam saatlarında Ukrayna sakinlərinə "Hava həyəcanı" tətbiqi vasitəsilə guya nüvə təhlükəsi və ya küçə döyüşləri barədə bildirişlər göndərilib.
AZXEBER.COM "UNİAN"a istinadən xəbər verir ki, sonradan Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram kanalında belə bir təhlükənin olmadığı bildirilib və tətbiqin sındırıldığı ehtimalı irəli sürülüb.
"Hava həyəcanı" tətbiqinin düşmən müdaxiləsinə məruz qaldığı ehtimal olunur. Radiasiya ilə çirklənmə təhlükəsi yoxdur!" - deyə hərbçilər qeyd ediblər.
Onlar əhalini sakitliyi qorumağa və hava hücumları ilə bağlı xəbərdarlıqları Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram kanalı vasitəsilə izləməyə çağırıblar.
Tətbiqin mətbuat xidməti də insidentin baş verdiyini təsdiqləyib. Bildirilib ki, üçüncü şəxslər tərəfindən tətbiqin işinə "icazəsiz müdaxilə" edilib. Bu səbəbdən resursun fəaliyyəti dayandırılıb və push-bildirişlər deaktiv edilib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑