Bakı.Trend:
Böyük Britaniyanın Baş naziri Endi Börnhem yaxın vaxtlarda ölkəsində növbədənkənar ümumi seçkilərin keçirilməsini istisna edib.
Baş nazir bu barədə Britaniyanın "ITV" telekanalına müsahibəsində bildirib.
“Yaxın vaxtlarda heç bir seçki keçirilməyəcək. İnsanlar bunu özlərindən uydururlar”, – deyə o vurğulayıb.
Daha əvvəl "The i Paper" qəzeti Böyük Britaniyanın hakim Leyboristlər Partiyasının növbədənkənar parlament seçkilərinə hazırlaşmağa başladığını yazıb.
Börnhemin Kir Starmeri baş nazir vəzifəsində əvəz etməsindən sonra Leyboristlər Partiyasının reytinqinin kəskin yüksəlməsi fonunda Böyük Britaniyada mümkün növbədənkənar seçkilərlə bağlı müzakirələr intensivləşib.
"YouGov" şirkətinin son rəy sorğusuna əsasən, seçicilərin 27 faizi Leyboristlər Partiyasına səs verməyə hazırdır. Ondan sonra 23 faizlə Mühafizəkarlar Partiyası gəlir. Üçüncü yerdə isə 22 faiz dəstəklə sağçı populist İslahatçılar Partiyası qərarlaşıb. Liberal Demokratlar Partiyasını seçicilərin 11 faizi, Yaşıllar Partiyasını isə 10 faizi dəstəkləyir.
Böyük Britaniyada növbəti parlament seçkiləri ə 2029-cu ilin avqust ayınadan gec olmamaqla keçirilməlidir.


