Bakı.Trend:
Türkiyədə hüquq mühafizə orqanları paytaxt Ankaranın Etimesqut bələdiyyəsində əməliyyat keçirib.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, əməliyyatın gedişində bələdiyyə sədrinin iki müavini daxil olmaqla, 25 nəfər saxlanılıb
NTV-nin müxbiri Mustafa Berber bildirib ki, saxlanılan bələdiyyə sədrinin müavinlərindən biri Erdal Beşikcioğlunun həbsindən sonra vəzifəsindən kənarlaşdırılması ilə əlaqədar keçirilən seçkidə bu vəzifəyə gəlib.
Dövlət qulluqçularının saxlanılması üzrə əməliyyatın səbəbi açıqlanmayıb.
Bundan əvvəl iyulun 30-da Ankara polisi korrupsiya işi üzrə aparılan istintaq çərçivəsində Etimesqutun meri Erdal Beşikçioğlu və onun tabeliyində çalışan şəxsləri saxlamışdı.



