Dünya · Milli.az

Güclü maqnit qasırğası qeydə alındı - Həssas insanlar üçün xəbərdarlıq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Güclü maqnit qasırğası qeydə alındı - Həssas insanlar üçün xəbərdarlıq xəbəri üçün şəkil

Oktyabrın 13-də Günəş aktivliyinin artması nəticəsində Yer kürəsində geomaqnit aktivliyi güclənib. Maqnit qasırğasının gücü K-indeksi üzrə 5-ə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Meteoagent və Britaniya Geoloji Tədqiqatının məlumatlarında qeyd olunub.

Məlumata görə, oktyabrın 10-da baş verən tac kütləsinin atılması Yer kürəsinin kənar hissələrinə təsir edib. Bu hadisənin Günəşdəki koronal dəliklərdən gələn sürətli günəş küləyi axını ilə üst-üstə düşməsi geomaqnit aktivliyini daha da artıra bilər.

Nəticədə yaxın dövrdə zəif və orta intensivlikli G1-G2 səviyyəli maqnit qasırğalarının baş verməsi ehtimalı var.

Mütəxəssislər bildirirlər ki, hava dəyişikliklərinə həssas insanlar, yuxu problemi və tez yorulma yaşayanlar, eləcə də ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər bu dövrdə özlərini daha narahat hiss edə bilərlər. Baş ağrısı, halsızlıq, yuxululuq, əsəbilik və yuxu pozuntuları kimi şikayətlər yarana bilər.

Milli.Az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑