Dünya · Editor.az

Almaniyada hava limanı fövqəladə vəziyyətə görə bağlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Almaniyada hava limanı fövqəladə vəziyyətə görə bağlandı xəbəri üçün şəkil

Almaniyanın Nürnberq hava limanında fövqəladə vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırıldığı bildirilir. Hadisə ilə bağlı ərazidə genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.

Editor.az xəbər verir ki, Almaniya mediasının məlumatına görə, Yunanıstanın Korfu adasından gələn sərnişin təyyarəsi “Eurofighter” qırıcılarının müşayiəti ilə Nürnberq hava limanına təhlükəsiz eniş edib.

Hadisədən sonra hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Fövqəladə vəziyyətin yaranma səbəbi və uçuşla bağlı təhlükəsizlik tədbirlərinin təfərrüatları hələlik açıqlanmayıb.

Nürnberq hava limanında dron şübhəsi də yaranıb

Hava limanında bundan əvvəl də pilotsuz uçuş aparatı (PUA) ehtimalı ilə bağlı hadisə qeydə alınıb. Gecə saatlarında naməlum obyektin görülməsi uçuşların hərəkətinə mane olub.

Polisin məlumatına əsasən, saat 02:00-dan 04:00-dək üç pilot bir-birindən asılı olmayaraq havada şübhəli obyekt müşahidə etdiklərini bildiriblər.

Obyektin dron ola biləcəyi ehtimalı nəzərə alınaraq axtarışlara başlanılıb. Əraziyə polis helikopteri də cəlb edilib. Lakin aparılan axtarışlar nəticə verməyib.

Hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı və hava limanının bağlanmasına səbəb olan fövqəladə vəziyyətin detalları barədə hələlik rəsmi məlumat yoxdur.

\\ Aydan Bünyatova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑