Dünya · Təzadlar

Tramp hücuma məruz qalan qadını lağa qoydu! "Kök, çirkin, kişi" - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp hücuma məruz qalan qadını lağa qoydu! "Kök, çirkin, kişi" - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Ohayoda keçirilən mitinqdə Epşteynin sənədlərinin açıqlanmasını tələb edən bir qadına Tramp tərəfdarları hücum edib. Tramp etirazçını etiraz üçün pul almaqda günahlandırıb və onun görünüşünü lağa qoyaraq onu “kök kişi” adlandırıb.

Tezadlar.az xəbər verir ki, Ohayoda keçirilən seçki mitinqində bir etirazçıya hücum edilib. Qadın üzərində “Epşteyn sənədlərini açıqlayın” yazısı olan bir köynək geyinib.

Tramp çıxış edərkən bir tərəfdar etirazçıya hücum edib. “Fox News”un məlumatına görə, kişi onu itələyib, saçlarını çəkib və üzünü yerə çırpmağa çalışıb.

Polis müdaxilə edib və ikisini ayırıb. Etirazçı məkandan uzaqlaşdırılıb. Bəzi Tramp tərəfdarları qadına hücum edən kişi ilə əl sıxıblar.

“KÖK, ÇİRKİN, KİŞİ” ŞƏRHLƏRİ

Tramp qadın etirazçını pul müqabilində etirazda iştirak etdiyini iddia edərək onu “kişi” adlandırıb. Daha sonra onu təhqir edərək, görünüşünü lağa qoyub.

O, qadına istinadən “Kök, çirkin, kişi… Bu pullu etirazçı” ifadələrini işlədib.

EPSTEYN YENİDƏN DİQQƏT MƏRKƏZİNDƏ

Hadisə Tramp Demokratlar Partiyasından Senata namizəd Şerrod Braunu tənqid edərkən baş verib. Lakin mitinqdəki dava Epsteyn sənədlərini yenidən diqqət mərkəzinə gətirib.

Uşaqlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi idarə etmək ittihamları ilə mühakimə olunan Ceffri Epsteyn 2019-cu ildə həbsxanada ölü tapılıb.

ABŞ Ədliyyə Nazirliyi istintaqla bağlı milyonlarla sənədi ictimaiyyətə açıqlayıb. Lakin əlavə sənədlərin yayımlanmasının gecikməsi həm respublikaçılar, həm də demokratlar tərəfindən tənqidlərə səbəb olub. Bu arada Tramp Epsteynlə bağlı ona qarşı irəli sürülən ittihamları rədd edir.

ELBAR

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑