Rusiyanın Penza vilayətində "Orta Asiya – Mərkəz" magistral qaz kəmərində kiçik şiddətli patlayış baş verib və nəticədə güclü yanğın başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsi yayıb.
Mənbə qeyd edir ki, insident Volçkovo kəndi yaxınlığında qeydə alınıb. İlkin ehtimallara əsasən, fəsadın yaranmasına texnoloji prosesin pozulması səbəb olub.
Hadisə zamanı xəsarət alanların və ya həlak olanların olmadığı bildirilir. Fövqəladə xidmət əməkdaşları qəzanın nəticələrini aradan qaldırmaq üçün ərazidə iş aparırlar.
Qeyd edək ki, ümumi uzunluğu təxminən 5 min kilometr olan "Orta Asiya – Mərkəz" qaz nəqli sistemi Türkmənistan, Özbəkistan və Qazaxıstanın qaz yataqlarını Rusiyanın mərkəzi bölgələri və Avropa istehlakçıları ilə birləşdirir.

Bizim.Media
Rusiyada "Orta Asiya – Mərkəz" qaz kəmərində patlayış oldu - FOTO

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





